İlon Musk “Twitter” işçilərini yarıya qədər azaltmağı planlaşdırır
“Twitter“ yeni sahibi olan İlon Mask şirkətin bütün işçilərinin təxminən yarısını ixtisar etməyi planlaşdırır.
Bu barədə “Bloomberg“ məlumat yayıb.
İxtisara “Twitter“in 7500 əməkdaşından təxminən 3700-ü düşəcək.
Şirkət həmçinin ştatda qalan işçilərin məsafədən işləməsini qadağan edəcək.
Bu cür tədbirlərin xərclərin azaldılmasına yönəldiyi bildirilib.
Məsələ ilə bağlı şirkət açıqlama verməyib.