İnşaat və əmlak

Azərbaycanda bankın 17 maşını satışa çıxarılır - Qiymət 2 min manatdan 40 min manatadək

30 noyabr 2022-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq  “ABB” ASC-nin balansında olan nəqliyyat vasitələri açıqlanıb.

ENA.az xəbər verir ki, hərracda banka məxsus 17 nəqliyyat vasitəsi çıxarılıb.

Beh  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aşağıdakı hesabına köçürülməlidir.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :

Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;

Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)