Özbəkistan XİN ölkədə İran PUA-ları yığılması məsələsinə münasibət bildirib
Özbəkistanda İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) yığılması barədə xəbərlərin hamısı yalandır.
Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində bu barədə məlumat yayılıb.
Nazirlik onu da qeyd edib ki, Özbəkistan İranla hərbi-texniki sahədə heç bir əməkdaşlıq etmir.
Xatırladaq ki, Ukraynadan olan jurnalist İsrail iş adamı ilə müsahibəsi zamanı Özbəkistanda İran PUA-larının yığılması xəbərini yaymışdı.