Azərbaycanda protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib.
Məlumata görə, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 28-ci hissəsinə və 55-2.5-ci bəndinə dəyişiklik olunub.
Dəyişikliklə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısından "Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, onun müavini” sözləri çıxarılıb.