Gömrük Komitəsi işdən çıxarıldığı deyilən generalla bağlı rəsmi məlumat yayıb

Dövlət Gömrük Komitəsinin (DGK) gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlunun sədr müavini vəzifəsindən azad olunması xəbəri ilə bağlı komitə rəsmi məlumat yayıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən sözügedən məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.
Belə ki, gömrük xidməti general-mayoru Cavad Qasımov hazırda işinin başındadır.(Unikal)