Gündəm

Müharibə başlayandan Ukraynaya 41 mlrd. avro məbləğində hərbi yardım edilib

Müharibə başlayandan bəri Ukrayna 41 milyard avro məbləğində hərbi yardım alıb.

Məlumatı UNIAN yayıb.

Bildirilib ki, bundan başqa, Ukraynaya 14 milyard avro məbləğində humanitar yardım edilib. Latviya bu ölkəyə hərbi büdcəsinin 41 faizini verib.

Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)