Gündəm

“Azərbaycan ABŞ generalına gündəlik 5 min dollar təklif edib” - Washington Post

Azərbaycanda ehtiyatda olan ABŞ Hərbi Hava Qüvvələrinin generalına konsultasiya üçün gündəlik 5000 dollar təklif edilib.

ENA.az xəbər verir ki, belə bir iddia ilə “The Washington Post” nəşri çıxış edib.

“Ehtiyatda olan generallar, admirallar Səudiyyə Ərəbistanı şahzadəsinin yanında yüksək vəzifələr tuturlar” başlıqlı araşdırmada qeyd olunub ki, aralarında xeyli sayda general və admirallar da daxil olmaqla, ehtiyatda olan 500-dən artıq amerikalı hərbçi 2015-ci ildən bəri xarici ölkələrdə işə başlayıb.

Qeyd olunub ki, ehtiyatda olan hərbçilər mülki müqavilə əsasında Səudiyyə Ərəbistanı, BƏƏ və digər Fars körfəzi ölkələrində işləyib, bu ölkələrin ordularının təkmilləşdirilməsində kritik rol oynayıblar.

Araşdırmada vurğulanır ki, ehtiyatda olan ABŞ hərbçilərinin təxminən 2/3 Yaxın Şərq və Şimali Afrikada özünə yeni iş tapıb və bu işlərin qarşılığında onlara böyük məbləğdə vəsait ödənilib.

Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələri, Ordu, Dəniz və Dəniz Piyadaları qoşun növlərindən ehtiyata çıxan 25 hərbçi Səudiyyə Ərəbistanında vəzifələr tutublar.

Yazıda, həmçinin Türkiyə və Rusiyanın da amerikalı generalların xidmətlərindən istifadə etdiyi iddia olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)