Gündəm

“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib

Dünyanın aparıcı internet-axtarış saytı olan "Google" çərşənbə axşamı oktyabrın 18-də qeyd olunan Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi "dudl" həsr edib.

ENA.az xəbər verir ki, Azərbaycan bayrağını əks etdirən "dudl"a klik edərək istifadəçilər Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün tarixi haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.

Qeyd edək ki, "Google"ın "dudl"ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. "Dudl"lar qlobal (bütün dünyada, bütün "Google" domenlərində mövcud olanlar) və müəyyən yerli ( yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)