Sosial iqtisadiyyat

Azərbaycana ən çox pul yatıran 10 ÖLKƏ

2022-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2488.8 milyon manat vəsait yönəldilib.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2335,7 milyon manatı (93,8 faizi) Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Yaponiya, Türkiyə, Norveç, Rusiya, İran, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.

Onu da qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və
sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10154,4 milyon manat və ya 2021-ci il ilin müvafiq dövrü ilə müqayisədə 4.6 faiz çox vəsait yönəldilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)