Bank

Qırğız bankı Rusiyanın 21 bankının “Mir” kartlarına xidməti dayandırıb

Qırğızıstanın “Kompanion” bankı oktyabrın 4-dən Rusiyanın 21 bankı tərəfindən buraxılmış Rusiyanın “Mir” ödəniş sisteminin kartlarına xidmət göstərmir. Qırğızıstandan olan digər banklar hələki oxşar bəyanatla çıxış etməyiblər.

ENA.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Tərəfdaş prosessinq mərkəzinin qərarı ilə 4 oktyabr 2022-ci il tarixindən etibarən “Kompanion” bankının cihazlarında sanksiyalar altında olan banklarının “Mir” kartlarına xidməti dayandırıb”, – mesajda deyilir.

Bu gün səhər saatlarında Şri-Lanka hakimiyyəti “Mir” sisteminin kartlarını qəbul etməkdən imtina edib, sentyabr ayında isə Türkiyənin ən böyük bankları “Is Bankasi”, “DenizBank” və “Ziraat Bank” da “Mir”ə xidmət göstərməyi dayandırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)