BİZNES

Tailandın biotexnologiya şirkəti Azərbaycan bazarına daxil olur

Tailandın biotexnologiya şirkəti “Supreme Pharmatech Co Ltd” Azərbaycanda da şirkət yaratmaqla ümumi ölkələrin sayını 16-ya çatdırıb.

ENA.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 6 İyul 2022-ci il tarixdə “Supreme Pharmatech Azerbaijan” MMC (VÖEN: 1703368891) dövlət qeydiyyatına alınıb.

Biotexnologiya şirkəti Bakı şəhəri Səbail rayonu, Əhməd Cavad ev.3 m.2 ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min manat olmqla qanuni təmsilçisi Hüseynli Emin Müşfiq oğludur.

Biotexnologiya şirkəti 2016-ci ildə Tailandda yaradılıb. Onun 16 ölkədə şirkəti var. Macarıstandakı şirkət azərbaycanlı tərəfindən yaradılıb.

“Supreme Pharmatech” dünyada liposomal nanotexnologiyanı istehsal miqyasında inkişaf etdirən və tətbiq edən ilk şirkətlərdən biridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)