"Azərbaycan Sığortaçılar Assosiasiyası"na - YENİ SƏDR TƏYİNATI
![](https://ena.az/uploads/news/2019-01/_businessinsider_8ad24f9d2f58c7bbb0de47033_o.jpg)
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə yeni sədr təyin edilib.
Bununla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib.
Qərara görə, Azər Əliyev ASA-nın yeni sədri təyin edilib. O, həm də “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.
Qeyd edək ki, bu ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaq. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir.