İKZF-nin xətti ilə ipoteka kreditləşməsinin həcmi 2,3 milyard manata yaxın məbləğdə qiymətləndirilir
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə bu günədək 40,652 min ipoteka krediti verilib.
ENA.az İKZF-nin məlumatına istinadən xəbər verir ki, verilmiş ipoteka kreditlərinin məbləği 2 milyard 298 milyon 500,878 min manat təşkil edir.
Bundan başqa, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı 2502 təşkil edir.
Zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği isə 320 milyon 751 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.