Azərbaycanda bu cərimənin məbləği artırılır
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan aparılmasına görə cərimənin miqdarı artırılır.
Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, cərimə məbləğinin 2 min manatdan 3 manatadək artırılması təklif olunur. İndiyə qədər isə bu halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilirdi. Müzakirələrdən sonra dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.