Tenderlər

Salyanda tenderləri ancaq bu şirkətə verirlər - 1,7 MİLYONLUQ MÜQAVİLƏ

Salyanda fəaliyyət göstərən 2 suvarma idarəsi elan etdikləri tenderlərin nəticələrini açıqlayıblar. 

"BI" xəbər verir ki, bu barədə müqavilələrin dövlət reyestrində məlumat verilib. Siyahıdan məlum olub ki, rayondakı 17 tenderən 14-də "İlkin-N" MMC qalib elan edilib. Ona həvalə edilən müqavilələrin ümumi məbləği  1 milyon 659 min 261 manatdır. Şirkətə verilən ən böyük layihə nasos və mexaniki avadanlıqların təmiri işləri üçün ehtiyat hissələri nin alınmasıdır ki, bunun üçün  281 min 875 manat ayrılıb. 

Digər 2 xidmət üzrə müqavilələri  Salyan Rayon Tikinti-Təchizat Filialı ilə (ümumi məbləği 225 min 266 manat), biri isə fiziki şəxs olan Hüseynov Əli Əli  oğluna ( 8 359 manat) həvalə edilib.  

Müqavilələrin 7-si bu il yanvarın 16-da,qalanları 17-də imzalanıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department