Hadisə

Bakı-İstanbul təyyarəsi təcili eniş etdi

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına - Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Bu barədə ENA.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxt ilə saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)