Gündəm

Nərimanovda 30 hektar ərazidə park salınır

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “TFM-Smart Project” MMC ilə müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə “Bakı şəhəri Nərimanov rayonu Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin əhatəsində yerləşən 30 ha ərazidə salınacaq park”ın layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 725 600 manatdır.

Qeyd edək ki, “TFM-Smart Project” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Fərid Mikayılovdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)