Gündəm

Prokurorluq işçilərinin maaşlarına əlavə artırılır

Prokurorluq işçilərinin maddi təminatı artırılır.

Bu, Milli Məclisin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.

Layihəyə əsasən, prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən tətbiq ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)