Azərbaycan banklarının xarici borcları artıb
Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2022-ci il avqustun 31-nə 1 milyard 686,5 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 58,6% çoxdur.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin avqust ayında bankların xarici öhdəlikləri 62 milyon manat və ya 3,8% artıb.
Mərkəzi Bankın məlumatına görə, avqustun sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 6 milyard 843 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 17,8% çoxdur.
Eyni zamanda, xalis xarici aktivlər avqustda 83,4 milyon manat və ya 1,2% azalıb.
2021-ci ildə Azərbaycanda bankların xarici öhdəlikləri 12,9% azalıb.
Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar hesabına formalaşır.
Avqustun sonuna Azərbaycanda 26 bankın fəaliyyət göstərmək üçün lisenziyası var.