Gündəm

Gürcüstan Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişinə qadağa qoya bilər

Gürcüstan sabahdan Rusiya vətəndaşı olan kişilərin ölkəyə girişinə qadağa qoya bilər.

Bunu Gürcüstan parlamentinin üzvü, müxalif siyasətçi Nona Mamulaşvili deyib.

Eləcə də oxu: Səfərbərlikdən sonra Rusiyanı 261 min kişi tərk edib

Onun sözlərinə görə, buna səfərbərlikdən yayınan Rusiya vətəndaşlarının Gürcüstana axın etməsi səbəb göstərilir.

Deputat qeyd edib ki, hökumət bazar ertəsindən etibarən ölkə sərhədlərini bağlamağı planlaşdırır.

“Bazar ertəsindən Gürcüstan Rusiyadan gələn 18 yaşdan 55 yaşa qədər kişilər üçün sərhədləri bağlayır” deyən Mamulaşvili bu qərarın hələ rəsmi olaraq verilmədiyini vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)