Səfərbərlikdən sonra Rusiyanı 261 min kişi tərk edib
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra 261 min kişi ölkəni tərk edib.
ENA.az xəbər verir ki, bu barədə "Novaya Gazeta" nəşri prezident administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Rusiyada sərhədlərin bağlanması müzakirə edilir.
"Meduza" nəşrinin mənbəsi vurğulayır ki, hakimiyyət Ukraynanın işğal olunmuş ərazilərində keçirilən “referendumlar” başa çatana qədər (sentyabrın 27-də başa çatmalıdır) kişilər üçün sərhədi bağlamağı planlaşdırmır. Ancaq vəziyyət dəyişə bilər.
Xatırladaq ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb.