Gündəm

ABŞ Özbəkistan və Tacikistana hərbi təyyarələr göndərəcək

ABŞ Əfqanıstanda terrorçuluğa qarşı mübarizədə köməyin müqabilində Özbəkistan və Tacikistana təxminən 50 hərbi təyyarə göndərmək niyyətindədir.

Bu barədə Politico nəşri məlumat yayıb.

Sərhədlərin təhlükəsizliyinin təmin olunması və terrora qarşı mübarizədə münasibətlərin dərinləşməsi barədə ABŞ-la qeyri-rəsmi razılaşmanın müqabilində Özbəkistan və Tacikistana müəyyən sayda hərbi təyyarə veriləcək.

O da bildirilir ki, təxminən 50 hərbi təyyarənin göndərilməsindən söhbət gedir.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden əvvəlki çıxışları zamanı bəyan edib ki, Amerika Əfqanıstanın yenidən terrorçuların məskəninə çevrilməsinə heç zaman imkan verməyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)