Qırğızıstan-Tacikistan sərhədçiləri arasında atışma olub
Qırğızıstan-Tacikistan dövlət sərhədinin bütün perimetri boyu silahlı toqquşmalar davam edir.
ENA.az-ın məlumatına görə, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti bildirib.
Bildirilib ki, yerli vaxtla saat 08:25-ə olan məlumata görə, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq qalır.
Tacikistan tərəfi Batken vilayətinin Leylek rayonunun Kulundu, Maksat və Janı-Jer ərazilərini atəşə tutmağa başlayıb.
Qırğızıstan Respublikası Dövlət Milli Təhlükəsizlik Komitəsinin bu istiqamətdə dislokasiya olunmuş sərhəd xidmətinin hərbçiləri cavab tədbirləri görür.