“Shell”in baş direktoru istefa verir
Dünyanın ən böyük neft-qaz şirkətlərindən biri olan “Shell”in baş direktoru Ben van Berden 2022-ci ilin sonunda istefa verəcək, Vael Savan isə onun varisi olacaq.
“Ben van Berden 2022-ci ilin sonunda baş direktor vəzifəsini tərk edəcək və onun yerinə Vael Savan keçəcək. O, vəzifələrinin icrasına 2023-cü il 1 yanvar tarixindən etibarən başlayacaq”, – mesajda deyilir.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Qeyd edək ki, Van Berden ümumilikdə təxminən 39 il Britaniya şirkətində çalışıb. O, 2014-cü ildə baş direktor vəzifəsini tutub. Daha əvvəl, 2016-cı ildə Van Berden iqtisadi tənəzzüldən istifadə edərək “Shell”i dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz treyderinə çevirib.