Sosial iqtisadiyyat

Azərbaycanda 3 mindən çox maaş alanlar kimlərdir?

2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artaraq 831,3 manat təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Rəsmi məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3504,1 manat, qeyri neft-qaz sektorunda 780,2 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 782,9 manat, özəl müəssisələrdə isə 886,4 manat olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department