Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ

Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.
Bu barədə sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub:
"Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik! Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur. Ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq".