TURİZM

Avropa Şurası Rusiya ilə viza rejiminin sadələşdirilməsini tamamilə dayandırdı

Aİ Şurası Rusiya ilə viza rejiminin sadələşdirilməsini tamamilə dayandırmaq qərarına gəlib. Bu barədə qərar hətta rus və ukraynaca da yerləşdirilib. 

"Bu, viza rüsumunun 35 avrodan 80 avroya qədər artmasına, əlavə sənədli sübutların təqdim edilməsinə, vizanın daha uzun müddətə işlənməsinə və çoxsaylı vizaların verilməsi üçün daha məhdudlaşdırıcı qaydalara səbəb olacaq", - mətndə deyilir.

Qərar 2022-ci il sentyabrın 12-dən tətbiq ediləcək.

Avropa İttifaqı rusiyalılar üçün turist vizalarına ciddi məhdudiyyətlər qoyur, Avropa komissarı Ylva Yohansson Finlandiyanın Nuijama sərhəd keçid məntəqəsinə səfəri zamanı deyib.

“Ruslara etibar etmək üçün daha heç bir səbəb yoxdur. Ruslar üçün Aİ-də turist olmaq fundamental hüquq deyil, imtiyazdır. Və biz artıq bu imtiyazı ruslara vermək istəmirik "deyə yle.fi nəşri sitat gətirir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)