Birja

Banklar hərracdan dollar alışını kəskin azaltdılar

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 43,8 milyon dollar satıb. Sentyabrın 6-da keçirilən hərracda isə banklara 69,4 milyon dollar satılmışdı.

“Hərracda tələb $43,8 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-nin məlumatında bildirilir.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

ARDNF 2022-ci ilin yanvar-avqust aylarında valyuta hərraclarında 3 milyard 392 milyon dollar (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 9,3%) satıb.

2021-ci ildə ARDNF valyuta hərraclarında 6 milyard 679 milyon məbləğində dollar realizə etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)