Elm və Texnologiya

“iPhone 14” təqdim edildi – Qiymətlər - VİDEO

"Apple" şirkəti yeni "iPhone 14" model smartfonları təqdim edib.

ENA.az xəbər verir ki, "iPhone 14" əvvəlki nəsil cihazlarla təxminən eyni dizayndadır və beş rəngdə mövcuddur - ağ, qara, çəhrayı, xama və qırmızı.

"Apple" şirkəti telefonun batareyasının onun ömrünü uzatdığını iddia edir, lakin dəqiq rəqəmlər hələlik açıqlanmayıb.

Smartfonun əsas kamerası 12 meqapiksel təsvir ölçüsünə və f/1.5 diaframa malikdir. 

Telefonda əsas yenilik istifadəçilərin çoxdandır gözlədiyi peyk funksiyasıdır. Belə ki, təqdim olunan telefonlar mobil operatorların əhatə dairəsi olmadıqda peyklər vasitəsilə fövqəladə rabitə funksiyasını dəstəkləyəcək.

Qeyd edək ki, "iPhone 14" 799, "iPhone 14 Max" 899, "iPhone 14 Pro" 1428, "iPhone 14 Pro Max" isə 1572 dollara satılacaq. Smartfonlar sentyabrın 16-da satışa çıxarılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)