Hesabatlar

"Bulvar İdarəsi”nin zərəri 28 milyona yüksəldi

“Dənizkənarı Bulvar İdarəsi”nin 2021-ci ildə zərəri 5 milyon 513,74 min manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 26% azdır. 2021-ci il üzrə qurumun illik maliyyə hesabatına əsasən, ötən il gəlirlər 7,5% artaraq 13 milyon 838,58 min manat olub. Amma buna baxmayaraq, İdarənin əməliyyat zərəri 5 milyon 506,465 min manat təşkil edib.

2021-ci ildə qurumun aktivləri 1,7% azalaraq 358 milyon 143,219 min manat olub. Bununla yanaşı, uzunmüddətli aktivləri ötən il 1,2% azalaraq 356 milyon 637,159 min manat, cari aktivləri 54,6% azalaraq 1 milyon 506,06 min manata düşüb. 2021-ci ildə öhdəlikləri 3,4% azalaraq 14 milyon 283,166 min manat olub.

2021-ci ildə İdarənin kapitalı 1,6% azalaraq 343 milyon 860,053 min manat, nizamnamə kapitalı 65 milyon 210,652 min manat (dəyişməmiş) təşkil edir.

Qeyd edək ki, 2022-ci ilin əvvəlinə “Dənizkənarı Bulvar İdarəsi”nin ümumi zərəri 28 milyon 734,769 min manat (artım 23,7%) qiymətləndirilir.


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)