Dövlət şirkəti 29 texnikaya - 3,6 MİLYON MANAT ÖDƏDİ
Kənd təsərrüfatı texnikasının lizinqi ilə məşğul olan "Aqrolizinq" ASC yeni texnikaların alınması üçün tenderin nəticələrini açıqlayıb.
"BI" müqavilələrin dövlət reyestrinə istinadən xəbər verir ki, müsabiqədə "CNN Caucasia" MMC qalib gəlib. Şirkət "Aqrilozinq"ə 29 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verib. Xidmət müqabilində MMC-yə 3 milyon 610 min 287 manat ödənilib.
Onu da deyək ki, bununla bağlı müqavilə 2019-cu il yanvarın 9-da imzalanıb.
1 | Aqrolizinq ASC | CNN Caucasia MMC | 29 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları | 3610287.00 | 2019-01-09 |