Leyla Abdullayevaya yeni vəzifə verildi
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.
ENA.az-ın əldə etdiyi məlumata görə, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.
Eləcə də oxu: XİN-in mətbuat katibi vəzifəsi ona həvalə olundu
Onun tezliklə Fransada diplomatik xidmətə başlayacağı gözlənilir.
Qeyd edək ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsində çalışıb.