TURİZM

Hər üç turistdən biri İstanbulu seçir - 10 illik rekord

Cari ilin iyul ayında Türkiyənin İstanbul şəhərini 1 milyon 759 min 506 əcnəbi ziyarət edib. Bu nəticə sayəsində İstanbulda aylıq turist sayına görə son 10 ilin rekordu yenilənib.

ENA.az xəbər verir ki, bu barədə İstanbul Şəhər Mədəniyyət və Turizm İdarəsi məlumat yayıb.

Bildirilib ki, son yeddi ayı ərzində şəhəri 8 milyon 514 min 806 xarici turist ziyarət edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz çoxdur.

Ümumilikdə isə Türkiyəyə gələn hər üç turistdən biri İstanbulu seçib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)