Sağlamlıq

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 622 yeni yoluxma faktı qeydə alınıb, 678 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ENA.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 2 nəfər ölüb.

İndiyədək ümumilikdə 803 335 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 900 nəfər müalicə olunaraq sağalıb, 9795 nəfər vəfat edib, aktiv xəstə sayı 3640 nəfərdir.

Son sutka ərzində 4442, hazırkı dövrədək isə 7 127 158 test aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department