Sağlamlıq

Azərbaycanda bir gündə 8 nəfər koronavirusdan öldü - SON MƏLUMAT

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə ENA.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkad COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 8 nəfər ölüb.

İndiyədək ümumilikdə 808 713 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, 9793 nəfər vəfat edib, aktiv xəstə sayı 3698 nəfərdir.

Son sutka ərzində 2280, hazırkı dövrədək isə 7 122 716 test aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department