Gündəm

Haluk Bayraktar Volodimir Zelenski ilə görüşüb

Türkiyənin "Baykar Makina" şirkətinin baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Görüş ötən gün Lvovda baş tutub.

ENA.az xəbər verir ki, Bayraktar Zelenski ilə görüş barədə təəssüratlarını tviter hesabında paylaşıb.

“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - Bayraktar yazıb.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada səfərdə olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)