Sosial iqtisadiyyat

Nazirlik İsmayıllıda “DOST Evi”nin tikintisinə 5.5 milyon manat xərcləyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Euroline” QSC ilə 5.5 milyon manatlıq müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı km-də “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi işləri nəzərdə tutulur.

Müqavilənin məbləği isə 5 499 998 manatdır.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)