Ermənistan Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacaq
Ermənistan Azərbaycanla sərhəddə üç nəzarət-buraxılış məntəqəsi açacaq.
ENA.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə qeyd olunub.
Təklif olunan layihəyə əsasən, avtomobillər üçün nəzərdə tutulan sərhəd-keçid məntəqələrinin sayı artırılacaq.
Belə ki, Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin açılması nəzərdə tutulur.
Layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.