Gürcüstan Ermənistana yüklərin daşınmasına icazə verdi
Gürcüstan hökuməti Rusiyadan Ermənistana və geriyə yüklərin dəniz limanları vasitəsilə daşınmasına icazə verib.
ENA.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan hökuməti “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin yükü ilə əlaqədar Rusiyaya və geriyə dəniz yolu ilə yüklərin daşınmasına icazə verilməsi üçün Gürcüstan hökumətinə müraciət edib.
Ermənistan tərəfi bəyan edib ki, Rusiya ilə sərhəddə yerləşən “Kazbeqi”-“Yuxarı Lars” gömrük-keçid məntəqəsinin gecə-gündüz fəaliyyət göstərməsinə baxmayaraq, Gürcüstanın tranzit dəhlizinin sıxlığı səbəbindən yük axınlarının idarə edilməsi xeyli mürəkkəbləşib. Bu da müəyyən yüklərin son məntəqəyə çatdırılmasında gecikmələrə, tez xarab olan məhsulların yararsız hala düşməsinə səbəb olur.
Qeyd edilib ki, bir neçə gündən sonra dəniz nəqliyyatı vasitəsilə yükdaşınmalarına başlanılacaq.