Hadisə

Krımdan sonra Belarusun Zyabrovka aerodromu partladı - VİDEO

Belarus altıncı aydır ki, Kremlin müttəfiqidir. Avqustun 11-də, müharibənin 169-cu günündə Zyabrovka aerodromunda partlayışlar olub. Onların dəqiq səbəbi məlum deyil. Krımdan bir gün sonra Belarusda bu partlayışın olması bir adıcıllıqdır. 

“Ukrayna pravdası” Zyabrovka aerodromunun Mink və Moskva üçün nə qədər əhəmiyyət kəsb etdiyini yazır.

Nə olub?
Avqustun 11-nə keçən gecə Zyabrovka aerodromunun yaxınlığında yüksək səs-küy və çaxnaşma olduğunu bildiriblər. Müxtəlif məlumatlara görə, azı 8 partlayış səsi eşidilib.

Başqa bir Telegram kanalı "Flagstock" öz oxucusuna istinadla bildirib ki:

“Saat 00:25-dən 00:32-yə kimi bərk bulud örtüyündən bir neçə dəfə partlayış səsləri eşidildi, [zərbə] dalğa hiss olundu və işıq çaxmaları [görünürdü]”.

Daha sonra aerodromdan təxminən 20-25 km aralıda çəkilmiş video ortaya çıxıb. Üzərində parlaq bir parıltı görünə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)