Ən yaxşı “faiz tutan” banklar - RENKİNQ
Azərbaycanda faiz gəlirlərinin həcmindəki fərqə görə digər bankları “tozda qoyan” 3 bank varsa, qeyri-faiz gəlirlərinin həcminə görə bir bank finişdə digərləri isə start düyməsində kimi görünür. Təbii ki, burada dövlətin sosial məsuliyyəti ilə bağlı maliyyə əməliyyatlarını hara yönəltməsinin də mühüm rolu var.
ENA.az olaraq, buğun sizə faiz gəlirləri üzrə renkinqi təqdim edirik. Burada “dövlət təsiri” 50/50-dir. Yəni, müstəqil bankların “dolanışığı” bundan keçir.
Qeyd edək ki, bank sektorunda gəlirlər faiz və qeyri-faiz gəlirləri olmaqla iki əsas portfeldə qruplaşır, amma nəzərə almaq lazımdır ki, burada mənbələr müxtəlifdir. Mənfəətdə əsas yer tutan faiz gəlirlərinin 90%-i isə məhz verilən borclar üzrə hesablanan faizlərdən formalaşır. Faiz gəlirlərinin mənbələrinə baxsaq, əsas aşağıdakıları qeyd etmək olar:
Müştərilərə verilmiş kreditlər
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri
Digər faiz gəlirləri
2022-ci ilin yanvar-iyun aylarının nəticələrinə görə, Azərbaycanda bankların faiz gəlirləri 1 milyard 249 milyon manat olub. Bunun 688 milyonu 3 bankın – Kapital, ABB və PAŞA bankın payına düşür. TOP-5-lik üzrə digər banklar isə Unibank və Access Bankdır. Pərakəndə bankçılıq üzrə Unibank, mikro kreditlər üzrə AccessBank faiz gəlirlərində öndədirlər.
Azərbaycanda fəaliyyət göstərən bankların faiz gəlirləri üzrə - Renkinqi: