BİZNES

İki sahibkarın ölkədən çıxışına məhdudiyyət qoyuldu

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki nəfərin ölkədən çıxışına məhdudiyyət qoyulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Xidmət müraciətində hər iki sahibkarın, Yusif Saim oğlu Mahmudov və Pərvin Rahib qızı Həşimovanın dövlətə borcu olduğunu, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini bildirib.

Hakim Nərmin Əhmədovanın sədrliyi ilə baş tutan prosesdə ərizə təmin olunub.

Yusif Mahmudov və Pərvin Həşimovanın ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılıb.(Demokrat.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)