ENA+

Zamirə Hacıyevanın 49 zərgərlik məmulatı müsadirə edilib

Zamirə Hacıyevadan müsadirə edilən 49 zərgərlik məmulatını istintaqçılar 2019-cu ilin may ayına qədər saxlaya bilərlər.
 

BI xarici mətbuata istinadən xəbər verir ki, yanvarın 11-də müsadirə olunan üzüyü istintaqçılar Cartier zərgərlərində tapıb. 8.9 karatlıq üzük "zümrüd kəsimli brilyantdır".

Üzük Cahangir Hacıyev tərəfindən 1.5 milyondan çox dollara (2.6 milyon manat) alınıb və onun qızı Leyla Mahmudova üzüyü keçən ilin iyulunda təmir üçün Cartier zərgərlərinə aparıb.
Ərazi üzrə hakim Michael Snow deyib: "Üzüklə cənab Hacıyev və onun ittiham olunduğu əhəmiyyətli fırıldaqçılıq arasında aydın əlaqə var".
"Məni bir şey qane edir ki, bu mülkiyyətin geri qaytarıla bilən əmlak olduğunu güman etmək üçün əsaslar var".
Bu o deməkdir ki, Milli Cinayətkarlıq Agentliyi üzüyün hansı pulla alındığını araşdırana qədər onu saxlayacaq.

Milli Cinayətkarlıq Agentliyi noyabr ayında Zamirə Hacıyevanın qızı tərəfindən məşhur Christies hərrac evində satılması üçün gətirilən 400 min funt sterlinqlik zərgərlik məmulatlarını müsadirə etmişdi.
Müsadirə təhlükəsi altında olan evlərini qorumaq, eləcə də Azərbaycana ekstradisiyadan "yan keçməyə" çalışan Zamirə Hacıyeva məhkəmə iclasında təmsil olunmamışdı və ərizə etirazsız təmin olunmuşdu.

Xatırladaq ki, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva 2018-ci ilin noyabrında Londonda həbs edilib, daha sonra isə zaminə buraxılıb.
O, 10 il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Britaniyada məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib.
Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.
Onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department