Ordumuz erməni terrorçularının avtomobilini məhv etdi - Video
![](https://ena.az/uploads/news/2022-08/_ena_db3522773d3514ce427335f28_o.jpg)
Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçulara məxsus hərbi avtomobil məhv edilib.
ENA.az-ın “Report”a istinadən məlumatına görə, Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları (PUA) Sarıbaba yüksəkliyi yaxınlığında terrorçulara zərbə endirib.
Nəticədə “Ural” markalı hərbi yük avtomobili sıradan çıxarılıb.