Quterreş: “Nüvə təhlükəsi pik həddinə çatıb”
Dünyada nüvə silahından istifadə təhlükəsi soyuq müharibənin qızğın vaxtından bəri görünməmiş səviyyəyə çatıb.
Bu barədə bazar ertəsi BMT-nin Baş katibi Antonio Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi iştirakçısı olan ölkələrin icmal konfransının açılışında bildirib.
“Bəşəriyyət Xirosima və Naqasakiyə endirilən zərbələrdən alınan dərsləri unutmaq təhlükəsi ilə üz-üzədir. Geosiyasi gərginlik yeni zirvələrə çatıb”, – deyə o, bəyan edib.