Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
ENA.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.
AMB-nin İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 16-da ictimaiyyətə açıqlanacaq.
Qərar haqqında bir qədər sonra AMB-nin sədri Taleh Kazimovun iştirakı ilə keçiriləcək mətbuat konfransında daha ətraflı məlumat veriləcək.