Qarabağ

Nazirlik: "Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə məlumat yalandır"

Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib.

Bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib.

"Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir", - nazirlikdən qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)