“AzInTelecom”un Müştəri Xidmətləri yalnız “Şəbəkə” ofisində olacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri vahid mərkəzdə fəaliyyət göstərməyə başlayır.
ENA.az nazirliyə istinadən xəbər verir ki, avqustun 1-dən etibarən vətəndaşların “SİMA Token” məhsulunun sifarişi, əldə edilməsi, həmçinin şirkətin digər məhsulları və xidmətləri ilə bağlı müraciətləri yalnız Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzində qəbul ediləcək.
“SİMA Token” məhsulunu
Bir müddət öncə “AzInTelecom”a məxsus Müştəri Xidmətləri Mərkəzi təkmilləşdirilərək xidmət operatorlarının sayı artırılıb, texniki imkanlar gücləndirilib və bayram günləri də daxil olmaqla, həftə içi saat 09:00-18:00 arası fasiləsiz iş rejiminə keçilib.