Gündəm

Rusiyada hərbi təlim adı altında səfərbərlik

Rusiya hərbi təlimlər zamanı gizli səfərbərlik keçirməyi planlaşdırır.

ENA.az xəbər verir ki, bu barədə Ukrayna Ordu, Konversiya və Silahsızlanma Mərkəzinin direktor müavini Mykhailo Samus bildirib.

"Strateji təlimlər hər il keçirilir. Əminəm ki, bu il Rusiyada təlimlər adı altında gizli səfərbərlik aparılacaq. Ola bilsin, hətta onlarla ehtiyatda olan hərbçi toplantıya çağırılsın ki, onlarla təlim elementləri işlənsin. Onları bundan sonra cəbhəyə göndərəcəklər", - Samus yerli mediaya müsahibəsində deyib.

Onun sözlərinə görə, təlimlər zamanı ruslar Ukraynadakı müharibə təcrübəsindən əldə etdikləri hərbi elementləri məşq edəcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)