Bank

Taleh Kazımov növbəti dəfə bank rəhbərləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov növbəti dəfə ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüşüb.

ENA.az AMB-yə istinadən xəbər verir ki, görüşün məqsədi bank sektoru üzrə cari ilin birinci yarısının nəticələri, ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri, iqtisadi inkişafda bank sisteminin rolunun artırılması və digər aktual məsələlərin müzakirə edilməsindən ibarət olub.

Eləcə də oxu: Gülər Paşayeva Mərkəzi Bankın baş direktoru təyin edildi

Ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişafa dair hədəf və vəzifələri xüsusi qeyd edən T.Kazımov bildirib ki, həyata keçirilən quruculuq islahatları və inkişaf siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilib. O, eyni zamanda bu istiqamətdə genişmiqyaslı tədbirlərin davam etdiyini diqqətə çatdıraraq vurğulayıb ki, ölkədə maliyyə inklüzivliyinin inkişafında bank sisteminin aparıcı rolunun daha da gücləndirilməsi, müasir bankçılıq üzrə son qlobal çağırışlara çevik uyğunlaşma, maliyyə-bank sektorunun milli iqtisadiyyatın inkişafına davamlı dəstəyi üzrə yeni hədəflərə nail olunması, eləcə də digər istiqamətlərdə işlər bundan sonra da fəal davam etdiriləcək.

Eləcə də oxu: Mərkəzi Bankın departament direktoru vəzifəsindən AZAD EDİLDİ

Daha sonra ölkədə və qlobal mühitdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin bank sektoru üzrə son trendlər və risklər mövzularında təqdimatlar oldu, sual-cavab sessiyası keçirildi, həmçinin irəli sürülən məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə kommersiya banklarının rəhbərləri çıxış edərək ölkədəki makroiqtisadi və maliyyə sabitliyi, maliyyə inklüzivliyinin artırılması, bankçılıqda cari və strateji inkişaf məsələləri və dayanıqlı inkişaf meyillərilə bağlı fikirlərini bildiriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department